Suriyanın Rusiyadakı keçmiş səfirinin əmlakı müsadirə edilib

22 Aprel 2025 19:55 (UTC+04:00)

Suriyanın Rusiyadakı keçmiş səfiri Bəşər əl-Cəfəri deyib ki, Suriya təhlükəsizlik qüvvələri onun Dəməşqdəki əmlakını “özbaşına və qeyri-qanuni” müsadirə ediblər.

SİA-nın məlumatına görə, "Kommersant" xəbər verir ki, o, respublikanın yeni hakimiyyətini Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejimi dövründə dövlət postlarını tutan şəxslərlə hesablaşmaqda ittiham edib.

...Bu cür davranışı ancaq açıq siyasi qisas kimi xarakterizə etmək olar, - deyən səfir vurğulayıb ki, ölkəsini şüurlu, səmimi və sədaqətlə müdafiə edənlərin heç də hamısı əvvəlki rejimin siyasi varisləri deyil.

Əl-Cəfəri qeyd edib ki, digər suriyalı diplomatlar da öz ölkələrində əmlaklarının müsadirəsi ilə üzləşiblər.

Sabiq diplomatın sözlərinə görə, Suriyada müxtəlif bəhanələrlə müsadirələr kütləvi xarakter almağa başlayır. ...Bundan əvvəl Suriyanın Moskvadakı səfiri Bəşər Cəfərinin Rusiyadan sığınacaq istəməsi məlum olub. Suriya səfirinin özü Rusiyadan sığınacaq istəməsi ilə bağlı məlumatı təkzib edib. O, belə xəbərlərdən təəccüblənib və müvafiq məlumatı tamamilə yanlış adlandırıb.

Əli Babayev