...Tatarıstan Dövlət Şurası mağazalarda spirtli içkilərin vizual nümayişinin məhdudlaşdırılması imkanını müzakirə edir. Deputat İldar Şamilov cəmiyyətdə alkoqolizmin qarşısının alınması məqsədilə müvafiq təşəbbüslə çıxış edib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti xəbər verir.
...Dəyişikliklər alkoqollu içkilərin satış məntəqələrində nümayişinə görə cərimələr sistemini təqdim edir.
...Deməli, vətəndaşlar üçün bu cərimə 5 min, vəzifəli şəxslər üçün - 50 min, hüquqi şəxslər üçün isə - 150 min rubla qədər olacaq.
Qanun layihəsinin müəllifinin fikrincə, mağazada spirtli içkilər müştərilərin, o cümlədən azyaşlıların gözündən gizlədilməlidir. Bu məhsulları qeyri-şəffaf vitrinlərdə və şkaflarda saxlamaq tövsiyə olunur.
Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının deputatı Biysultan Həmzəyev həftə sonları spirtli içkilərin satışının qadağan edilməsi təşəbbüsü ilə çıxış edib.
Əli Babayev