Stend atıcılığı üzrə Bakı Kubokuna start verilib

22 Aprel 2025 17:10 (UTC+04:00)

Bu gün stend atıcılığı üzrə Bakı Kubokuna start verilib. SİA Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnir stend atıcılığının səngər (trap) və dairəvi (skeet) növləri üzrə keçirilir.

Qadınlar və kişilər arasında təşkil olunan yarışda ümumilikdə 60 idmançı kubok uğrunda mübarizə aparır.

Qeyd edək ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnir aprelin 26-da başa çatacaq.