Naxçıvan Muxtar Respublikasında (MR) dələduzluq edən şəxs tutulub. SİA-nın yerli bürosu xəbər verir ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin xeyli miqdarda pul vəsaitini mənimsəyən, əvvəllər də məhkum olunmuş Culfa rayon sakini Yusifov Araz saxlanılıb.
Faktla bağlı Babək Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.