AFFA Hakimlər Komitəsi II Liqada çıxış edən “Şimal” klubunun məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib. SİA-nın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.
Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.