Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu keçirilib. SİA-nın məlumatına görə, həlledici matçda "Azərreyl" və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Tərəflər arasında ikinci görüş aprelin 25-də gerçəkləşəcək.
Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.