Taksi sürücüləri niyə uzaq məsafəyə sərnişin aparmaq istəmir? - EKSPERT DANIŞDI

22 Aprel 2025 11:44 (UTC+04:00)

“Taksi sürücülərinin uzaq məsafəyə sərnişin aparmaq istəməməsinin bir neçə səbəbi var”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, səbəblərdən biri də qiymətlərin sərf etməməsidir: “Yəni taksi sürücüsü düşünür ki, uzaq məsafəyə bir insanı aparıb uzun müddətdən istifadə edincə, həmin məsafəni həm yaxın, həm də tez başa gələn bir hərəkətlə getsə bir gedişlə bir neçə gedişdən geri düşə bilər. Yəni, uzağa getmək sərfedici və yaxud cəlbedici görünmür”.

Aslan Əsədov sözlərinə belə davam edib: “Bunun digər bir səbəbi isə uzaq məsafə ilə olan qiymətlərin yaxın məsafə ilə olan qiymətlərdən fərqli olmasıdır. Yəni, həmişə yaxına olan qiymət 1 gediş üçün sürücüyə sərf edir. Uzaq məsafə isə sərnişinə sərf edir. Misal üçün uzaq məsafəyə gediş üçün 1 nəfər 10 manat təşkil edirsə, yaxın məsafəyə isə təxminən 7-8 manat təşkil edir. Ona görə vətəndaş bunun iqtisadi tərəfini götürür. Bunun üçün də ona maraqlı gəlmir bir yerə getsin, bir işi görsün. Ancaq ona yaxın məsafə maraqlı olur”.

Ayşən Vəli