Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

22 Aprel 2025 11:34 (UTC+04:00)

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. SİA xəbər verir ki, bu, yenidən qurulan Həsənriz kəndinə köçürülmənin 4-cü mərhələsidir.

Bu mərhələdə kəndə 20 ailə (68 nəfər) köçürülür.

Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.