Şəkidə yol qəzasında ata ölüb, 9 yaşlı oğlu və 15 yaşlı qohumu ağır xəsarət alıb

22 Aprel 2025 10:54 (UTC+04:00)

Aprelin 22-də saat 02:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən SİA-ya verilən məlumata görə, onların hər birinə ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdiribiliblər. Travmatik şok diaqnozu təyin edilən, vəziyyəti ağır qiymətləndirilən 1981-ci il təvəllüdlü şəxsə zəruri reanimasiya tədbirlərinin göstərilməsinə baxmayaraq, saat 04:20-də ölüm faktı qeydə alınıb.

Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilən 2010-cu il təvəllüdlü yeniyetmə və dəqiqləşdirilməmiş koma diaqnozu təyin edilən 2016-cı il təvəllüdlü azyaşlının da vəziyyəti ağır qiymətləndirilir.