Hövsanda partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB 2

22 Aprel 2025 10:29 (UTC+04:00)

Hövsanda partlayış zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 22-də saat 00:05 radələrində Suraxanı rayonu, Hövsan-Türkan yolunda yerləşən həyət evində partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Xəsarət alan 24 yaşlı (kişi cinsli) şəxs üzün, hər iki qulaq seyvanının, boynun, hər iki saidin, gövdənin arxa səthinin II-III dərəcəli termiki alov yanığı, tənəffüs yollarının yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.