Türkiyə nəhəngi ona görə yenidən hərəkətə keçdi

22 Aprel 2025 07:41 (UTC+04:00)

Trabzonspor” klubu yenidən “Şaxtyor”un yarımmüdafiəçisi Artem Bondarenko ilə müqavilə imzalamaq fikirinə düşüb. SİA xəbər verir ki, Türkiyə təmsilçisinin prezidenti Ərtoğrul Doğan Donetsk klubu ilə müntəzəm danışıqlar aparmaq niyyətindədir. “Mədənçilər” bu transfer üçün 12 milyon avro tələb edir. Superliqa klubu isə 7 milyon ödəməyə razıdır.

Doğan təklifini artırmağa hazırdır, lakin bunun müqabilində “Şaxtyor”dan qiymət endirimləri gözləyir. Baş məşqçi Fatih Tekke də 24 yaşlı müdafiəçinib alınmasını tələb edir.

Qeyd eədk ki, qış transfer pəncərəsi zamanı klublar ukraynalı futbolçunun transferi ilə bağlı razılığa gəlməyə çalışsalar da, maliyyə anlaşmazlıqlarına görə keçid baş tutmayıb.

Cari mövsümdə Bondarenko bütün turnirlərdə 34 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.