London görüşünün tarixi açıqlandı

22 Aprel 2025 04:23 (UTC+04:00)

Ukrayna Böyük Britaniya, Fransa və ABŞ ilə birlikdə aprelin 23-də Londonda Rusiya ilə müharibəyə son qoymağın yollarını müzakirə edəcək. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “X” sosial şəbəkəsində bildirib. “Artıq çərşənbə günü nümayəndələrimiz Londonda işləyəcək. Ukrayna, Böyük Britaniya, Fransa, ABŞ. Biz real və davamlı sülhün bərqərar olması ilə qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün mümkün olan ən konstruktiv şəkildə irəliləməyə hazırıq”, - Zelenski vurğulayıb.