Yerdə maqnit qasırğası başladı

22 Aprel 2025 01:29 (UTC+04:00)

Günəşdəki tac dəliyi səbəbindən geomaqnit şərait pisləşib. SİA xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, hazırda Yerdə zəif maqnit qasırğası qeydə alınır. Yerin maqnit sahəsində pozulma dərəcəsi G1 (zəif) səviyyədədir. Günəş küləyinin sürəti 400-dən 600 km/s-ə yüksəlib.