İlin ən yaxşı kişi və qadın idmançısı məlum oldu

22 Aprel 2025 02:34 (UTC+04:00)

"Laureus World Sports Awards-2025”in qalibləri açıqlanıb. SİA xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən tədbirdə ilin ən yaxşı idmançıları müəyyənləşib. Yeddi qat Olimpiya çempionu, idman gimnastikası üzrə 23 qat dünya çempionu, amerikalı Simona Baylz qadınlar arasında “ilin idmançısı” seçilib. Dirəklə tullanma üzrə ikiqat Olimpiya çempionu və dünya rekordçusu isveçli Armand Duplantis isə kişilər arasında “İlin idmançısı” mükafatına layiq görülüb.

Qeyd edək ki, qaliblər 70-dən çox ölkənin idman jurnalistlərinin səsverməsi ilə müəyyənləşir.