Azərbaycan Pakistanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Müasir Dillər Universitetinin (NUML) İslamabad şəhərində təşkil etdiyi "Yaz festivalı-2025" adlı tədbirdə iştirak edib.
SİA-nın məlumatına görə, ölkəmizin Pakistandakı səfirliyindən bildiriblər ki, Azərbaycan stendində milli yeməklərimiz, şirniyyatlardan ibarət müxtəlif kulinariya nümunələri, tariximizə və mədəniyyətimizə aid suvenirlər nümayiş olunub.