Papa Fransiskin ölümü ilə əlaqədar ABŞ-da bayraqlar yarıya qədər endirilib

21 Aprel 2025 19:55 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Roma Papası Fransiskin ölümü ilə əlaqədar ABŞ bayraqlarının yarıya qədər endirilməsi haqqında Sərəncam imzalayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, sərəncama əsasən bütün ictimai binalarda və ərazilərdə, hərbi postlarda və dəniz limanlarında, paytaxtdakı federal hökumət idarələrində və bütün ABŞ-da, o cümlədən Birləşmiş Ştatların xaricdəki səfirlikləri, nümayəndəlikləri, konsulluq idarələri və digər obyektlərində dəfn olunma günü gün batana qədər bayraqlar yarıya qədər endirilmiş vəziyyətdə qalacaq.

“O, yaxşı insan idi. O, dünyanı sevirdi və bunu etmək şərəfdir”, - deyə ABŞ Prezidenti Sərəncamla bağlı deyib.