Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə çağırış haqqında qanunu yeni qaydada imzalayıb. Rəsmi hüquqi informasiya portalında dərc olunan sənədə əsasən, söhbət bir il ərzində orduya çağırışla bağlı qərarın icrasından gedir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qanunun mətnindən belə çıxır ki, Rusiya vətəndaşı hərbi xidmətə çağırılıbsa, lakin çağırış müddətində heç vaxt xidmət yerinə göndərilməyibsə, onda bu qərar bir il ərzində həyata keçirilməlidir.
Əli Babayev