Qasırğanın apardığı it 5 ildən sonra evə qayıdıb…

21 Aprel 2025 21:06 (UTC+04:00)

...Luiziana sakini Debbi LaFler, 2020-ci ildə Laura qasırğası səbəbindən ayrıldıqdan beş il sonra Missisipidəki kollec yataqxanasında iti Kinqstonla yenidən qovuşub. İt sahibini görən kimi, dərhal onun qucağına atılıb.

SİA-nın məlumatına görə, bunu USA Today yazır.

…Ölümcül fırtınadan sonra LaFlerin yaşadığı Leyk Çarlz şəhərinin ərazisi zibillə xaosa çevrilib. Çətinliklə də olsa evinə qayıdan LaFler sevimli iti- Kinqstonu heç yerdə tapa bilməyib.

…Məlumata görə, LaFler, keçən ay 11 yaşlı itinin başqa bir ştatda təxminən 300 mil uzaqlıqdakı bir kollec yataqxanasında tapıldığı barədə elektron məktub alana qədər Kinqstonun ölümü ilə razılaşmışdı.

Və beləliklə, bir həftə sonra o, oğlu ilə birlikdə evindən dörd saatlıq uzaqda olan Cənubi Missisipi Universitetindəki Kappa Sigmaya gedib.

…Və burada iti ilə yenidən qovuşub.

Nazlı Almuradova