...Tədqiqatçılar yuxu vaxtının insult riskinə necə təsir etdiyini öyrənmək üçün təcrübə aparıblar. Məlum olub ki, müəyyən vaxtda yuxuya getsəniz, infarkt, insult və hipertoniyadan qaçmaq olar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, alimlər insanın yatmağa getmə vaxtı ilə insult riski arasında əlaqə aşkar ediblər.
Belə ki, onlar araşdırma apararaq bildiriblər ki, saat 22:00-23:00 arasında yatmaq infarkt, hipertoniya və insult riskini 12-25 faiz azaldır.
Alimlər izah ediblər ki, bu müddət bədənin təbii ritmi ilə üst-üstə düşür.
...Və həm axşam saat 22:00-dan əvvəl, həm də axşam 23:00-dan sonra yatmaq sağlamlığa zərərli ola bilər. Bu rejim daim pozulursa, patologiyaların inkişaf riski 63 faiz artır.
Qeyd edək ki, bu European Heart Journal – Digital Health-in materialında deyilir.
...Üstəlik, mənfi təsir kişilərə nisbətən qadınlarda daha çox özünü göstərir.
Nazlı Almuradova