Məşhur aktyor uşaqlıq sevgilisi ilə 20 ildən sonra nişanlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa Ezgi Şenler düz 20 il əvvəl 12 yaşında tanış olduğu uşaqlıq sevgilisi ilə nişanlanıb. Şenler xoşbəxt günündən fotoları sosial media hesabında paylaşıb.
32 yaşlı aktrisa Ezgi Şenler düz 20 il əvvəl tanış olduğu ilk sevgilisi Ömər Gürgerlə 19 ildən sonra tanış olub və 7 aylıq birlikdəlikdən sonra evlənməyə qərar verib. Ezgi Şenler ötən ilin sonunda futbol meneceri Gürgerin etdiyi romantik evlilik təklifinə "Bəli" deyib. Cütlük ailələri arasında keçirilən mərasimlə nişanlanıb. Aktrisa nişan fotolarını sosial media hesabında izləyiciləri ilə paylaşıb.
Müəllif: Nuray Paşşanlı