Aprelin 18-20-si tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün 1-ci intellektual marafon baş tutub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində gerçəkləşən layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edib.
Marafon Şahdağ Turizm Mərkəzinin dəstəyi, “PAŞA Techonology” MMC-nin və Dünya Türk Biznes Şurasının isə (DTİK) sponsorluğu ilə reallaşdırılıb.
Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaq olub.
Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə saatları keçirilib.
Həmçinin qaliblər və bütün düşərgə iştirakçıları müxtəlif qiymətli hədiyyə, mükafatlarla təltif olunublar.
“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur.