Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, “Tayqa” marketin anbarında aprelin 20-də baş verən yanğın zamanı 5 ağacın yanaraq məhv olması nəticəsində təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. SİA xəbər verir ki, bunu 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib.
O qeyd edib ki, faktla bağlı akt tərtib olunub. Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilməsi üçün hazırlanır.