Azərbaycan stolüstü tennisçiləri Bosniya və Herseqovinadakı turnirdə iştirak edəcəklər

21 Aprel 2025 12:35 (UTC+04:00)

Azərbaycan stolüstü tennisçiləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək "WTT Youth Contender" turnirində iştirak edəcəklər. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda yığmanın 6 üzvü bacarığını göstərəcək.

Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaqlar.

Aprelin 22-də start veriləcək yarışa 25-də yekun vurulacaq.