Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün ilk final matçı baş tutacaq. SİA-nın məlumatına görə, “Azərreyl” “Abşeron”la üz-üzə gələcək.
Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da başlayacaq. Komandalar arasında həlledici görüş isə aprelin 24-də Milli Gimnastika Arenasında baş tutacaq.
Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.