Şimal Buzlu okeanında buzlarının sahəsi rekord həddə azalıb. SİA xəbər verir ki, bu qənaətə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin mütəxəssisləri Sidzuku peykinin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Alimlərin araşdırmasına görə, adətən qış boyu mart ayına qədər böyüyən buzun maksimum sahəsi bu mövsüm martın 20-də 13,79 milyon kvadrat kilometr təşkil edib. Bu, 1979-cu ildə başlayan tədqiqatın bütün dövrü üçün minimum sahədir. “Arktika buzlarının sahəsinin azalması qlobal iqlim dəyişikliyi ilə əlaqələndirilir. Bunun gələcəkdə hava və dəniz mühitinə təsir edəcəyi ilə bağlı narahatlıqlar var, buna görə də biz məlumatları izləməyə və təhlil etməyə davam edəcəyik”, - məlumatda deyilir.
Alimlər izah ediblər ki, bu mövsüm buzlaşma sahəsinin azalmasına səbəb 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər olan dövrdə havanın temperaturunun orta səviyyədən yüksək olması ilə bağlıdır. Arktika buzunun minimum sahəsi sonuncu dəfə yapon mütəxəssisləri tərəfindən 2017-ci ildə qeydə alınıb, o zaman bu illə müqayisədə 130 min kvadrat kilometr böyük olub.