Aprelin 21-i üçün Abşeron yarımadasında tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir. Bu şərait meteohəssas insanlar üçün əsasən əlverişli hesab olunur.