İngiltərə Premyer Liqasında XXXIII turun növbəti oyunları keçirilib.
SİA xəbər verir ki, "Mançester Yunayted" doğma meydanda "Vulverhempton"a 0:1 hesabı ilə məğlub olub.
"Çelsi" "Fulhem"ə (2:1), "Arsenal" isə "İpsviç"ə səfərdə (4:0) qalib gəlib.
"Arsenal" hazırda 66 xalla 2-ci, "Çelsi" 57 xalla 5-ci, "Mançester Yunayted" isə 38 xalla 14-cü yerdə qərarlaşıblar.