Uzun müddət ABŞ-da yaşayan Valeri Leontiev 52 il səhnədə qaldıqdan sonra ötən il təqaüdə çıxdığını açıqlamışdı.
SİA-nın məlumatına görə, sənətçinin nümayəndəsi bu qərarı onun yaşı ilə izah edib.
O qeyd edib ki, Leontyev səhhətinə görə artıq böyük konsertlər təşkil edə bilmir, siyasi vəziyyətlə əlaqədar dünya turnesinə çıxmağa hazır deyil.
Bununla belə, Leontyev qapalı korporativ tədbirlərdə çıxış etməyə davam edir.
Mash Telegram kanalının məlumatına görə, sənətçi indi Avropa publarında konsertlər verir - o, 15 milyon rubla çıxış etməyə hazırdır.
…Fransadan olan tədbir menecerləri artıq təklifdən yararlanıblar.
Nazlı Almuradova