Məşhur pop müğənnisi Cennifer Lopes Formula 1 Səudiyyə Ərəbistanı Qran Prisini ziyarət edib. SİA xəbər verir ki, 55 yaşlı Lopez gözə çarpan çəhrayı kostyum geyinib və “Ferrari” komandasının qarajına baş çəkib, həmçinin Formula 1-in rəhbəri Stefano Dominekali və pilot Lyuis Hemiltonla şəxsən görüşüb. Lopez seçmə mərhələdən sonra musiqili şou da nümayiş etdirib. Bu, Lopesin 2014-cü il Sinqapur Qran Prisində iştirak etdikdən sonra 11 il ərzində Formula 1 tədbirində ilk çıxışı olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qran Prisinin final yarışı aprelin 20-də baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.