Binəqədidə obyektdə yanğın tam söndürülüb - YENİLƏNİB3

20 Aprel 2025 16:44 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb. Bu barədə SİA-ya FHN-in Mətbuat xidmətindən bildirilib.

Yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1 600 kv.m olan anbar 650 kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.