“Real” onunla müqaviləni uzatdı

20 Aprel 2025 16:34 (UTC+04:00)

"Real Madrid” 22 yaşlı mərkəz müdafiəçisi Raul Asensio ilə müqaviləni 2029-cu ilə qədər uzadıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, ispan futbolçunun “kral klubu” ilə müqaviləsi 2026-cı ilə qədər idi. Onu da əlavə edək ki, Asensio Madrid klubunun yetirməsidir və komandanın əsas heyətində bütün turnirlərdə 35 matçda iştirak edib, iki məhsuldar ötürmə edib.