Binəqədidə obyektdə baş vermiş yanğının yayılmasının qarşısı alınıb FOTOLAR/YENİLƏNİB1

20 Aprel 2025 15:40 (UTC+04:00)

Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. SİA xəbər verir ki, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.