Yer kürəsini maqnit qasırğaları bürüyəcək

20 Aprel 2025 15:42 (UTC+04:00)

22 aprel tarixində Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğaları gözlənilir. SİA xəbər verir ki, ekspertlərin fikrincə zəif və orta səviyyəli maqnit qasırğaları 22 apreldə axşam saatlarında başlayacaq. Qasırğaların 24 aprelədək davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, maqnit qasırğaları xüsusilə meteohəssas insanlara pis təsir edə bilirlər. Həmin günlərdə ehtiyatlı olmaq tövsiyə olunur.