Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunları başlayır

20 Aprel 2025 10:13 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunlarına bu gün start veriləcək. SİA-nın məlumatına görə, ilk olaraq "Gəncə" "Şəki"ni qəbul edəcək.

Gəncə İdman Sarayındakı görüş saat 14:00-da start götürəcək. İlk qarşılaşmada "Şəki" qalib gəlib - 85:84.

Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsində ikinci oyunlara aprelin 22-də yekun vurulacaq.