"Beynəlxalq İnvestorlar Birliyi” (YASED) 2025-ci ilin yanvar-fevral aylarında Türkiyəyə yatırılan birbaşa xarici sərmayələrə dair məlumatları açıqlayıb. SİA xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb. Bildirilib ki, bu investisiyaların həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 92% artıb. 1,35 milyard dollarlıq ümumi investisiyanın 58%-i və ya 780 milyon dolları pərakəndə və topdansatış ticarət sektoruna yönəldilib. Ən böyük beynəlxalq investisiyalar Niderland, ABŞ, İsveçrə, Böyük Britaniya və Azərbaycan tərəfindən qoyulub.