"Huawei", Hebey əyalətinin Xiong'an rayonunda ilk 10G genişzolaqlı şəbəkəsini istifadəyə verib. SİA xəbər verir ki, bu barədə "Mydrivers" nəşri məlumat yayıb. Bildirilib ki, "Huawei" və "China Unicom" ilk 10G genişzolaqlı şəbəkəni uğurla işə salmaq üçün qüvvələri birləşdiriblər. “10G genişzolaqlı şəbəkənin tətbiqi dünyanın ilk 50G PON həllinə əsaslanır”, - nəşr bildirib. Nəşrin məlumatına görə, fiber-optik çıxış şəbəkəsinin əsas arxitekturasının modernləşdirilməsi bir istifadəçi üçün ötürmə qabiliyyətini ənənəvi gigabit səviyyəsindən 10G səviyyəsinə qədər artırmağa imkan verib. Qeyd eilib ki, modernləşdirmə nəticəsində şəbəkənin gecikmə müddəti millisaniyə səviyyəsinə endirilib.