Misli Premyer Liqasında XXXI tura bu gün yekun vurulacaq. SİA xəbər verir ki, günün ilk oyununda "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək.
Şamaxı şəhər stadionundakı matç saat 16:30-da başlayacaq.
Meydan sahibləri 31 xalla yeddinci pillədə qərarlaşıb. 28 xala malik Gəncə təmsilçisi doqquzuncu sıradadır.
Günün maraqla gözlənilən qarşılaşması Bakıda "Zirə" və "Sumqayıt" komandaları arasında oynanılacaq.
Çempionatın lideri "Qarabağ"dan 18 xal geri qalan, 58 xalla ikinci yerdə qərarlaşan "qartallar" bu görüşdə qələbə qazana bilməsə, Ağdam klubunun çempionluğu rəsmiləşəcək. 29 xalı olan "Sumqayıt" isə səkkizincidir.
Misli Premyer Liqası
IV dövrə, XXXI tur
20 aprel
16:30. “Şamaxı” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
Zirə İdman Komnpleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1