Türkiyəli aktrisa Sevil Akdağ mübahisə etdiyi sosial media fenomeni olan rəfiqəsi Elif Kıravı bıçaqlayaraq öldürüb. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa daha sonra biləklərini kəsərək rəfiqəsinin evindən qaçıb. Polis bölgədəki təhlükəsizlik kameralarını araşdırdıqdan sonra tez bir müddətdə aktrisanı saxlayıb. Sevil Akdağ polisə verdiyi ilk ifadəsində “Səbəbsiz yerə mübahisə etdik, çox sərxoş idim və nə baş verdiyini dəqiq xatırlamıram. Qorxdum və qaçdım”, - deyib.
Qeyd edək ki, S. Akdağ “Yasak Elma”, “Arka Sokaklar”, “Tutunamayanlar”, “Kardeşlerim” və s. kimi seriallarda yer alıb.