Türkiyənin ən məşhur seriyalı filmlərindən biri olan "Hababam Sınfı”nın həyatda olan şagirdləri illər sonra bir araya gələrək filmin 50 illiyini qeyd ediblər. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "şagirdlər” İstanbulda yerləşən Adile Sultan qəsrindəki "Hababam Sınıfı Muzeyi”ndə olub öz partalarında əyləşiblər. Qeyd edək ki, "Yeşilçam”ın ən məşhur film seriyalarından biri olan "Hababam Sınfı”nda Kemal Sunal, Münir Özkul, Adile Naşit, Tarık Akan, Halit Akçatepe, Şener Şen kimi Türk kinosunun ən böyük aktyorları rol alıblar.