Ukrayna ordusunun bölmələrinə Rusiyanın “Pasxa atəşkəsi”nin qüvvəyə minməsindən bir neçə dəqiqə sonra Rusiya mövqelərinə atəşi dayandırmaq əmri verilib. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (UAF) yüksək rütbəli zabiti BBC-yə məlumat verib. O, atəşkəs rejiminin pozulması ilə bağlı foto və video sübutların toplanması, lazım gələrsə cavab atəşinin açılması barədə göstəriş verildiyini də bildirib.
Xatırladaq ki, aprelin 19-da Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə "Pasxa atəşkəsi" elan edib.