Müğənni Xatirə İslam açıqlaması ilə diqqət çəkib. SİA xəbər verir ki, sənətçi instaqram üzərindən ona ünvanlanan suallara cavab verib. O, "Yenidən ana olmaq istəmirsiniz?" sualına özünəməxsus cavab verib: "Artıq ana olmaq istəmirəm. Düşünürəm ki, hər şey zamanında gözəldir. 50 yaşında uşaq bezi oynadım? Uşaq olana, böyüyənə qədər mənim artıq 50 yaşım olacaq".
Onu da bildirək ki, Xatirə Fəxrəddin Musazadə ilə ailəlidir. Onların bu evlilikdən Emil adlı bir oğul övladı var.