“Bavariya” Bundesliqanın 30-cu turunda səfərdə “Haydenhaym” ilə qarşılaşıb.
SİA xəbər verir ki, münxenlilər görüşdə ev sahiblərinin qapısından dörd cavabsız top keçiriblər. “Bavariya” fasiləyə qədər üç dəfə fərqlənib. Komandanın heyətində Harri Keyn (12), Konrad Laymer (19) və Kinqsli Koman (36) adlarını tabloya yazdırıblar. Görüşün ikinci hissəsində isə Coşua Kimmix (56) oyunda son nöqtəni qoyub – 4:0.
Bu qələbədən sonra Münxen təmsilçisi xallarının sayını 72-yə çatdırıb. “Haydenhaym”ın aktivində isə 22 xal var.
Turun bu gün oynanılan digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
“Leyptsiq” – “Holstayn Kiel” – 1:1
“Verder Bremen” – “Boxum” – 1:0
“Frayburq” – “”Hoffenhaym” – 3:2
“Maynts” – “Volfsburq” – 2:2
“Union Berlin” – “Ştutqart” – 4:4.
Tura aprelin 20-də keçiriləcək “Auqsburq” – “Ayntraxt Frankfurt”, “Borussiya Dortmund” – “Borussiya Münxenqladbax” və “St Pauli” – “Bayer Leverkuzen” görüşləri ilə yekun vurulacaq.