Misli Premyer Liqasının XXXI turunda üz-üzə gələn “Qarabağ” və “Neftçi” komandaları arasındakı oyun başa çatıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan derbisi Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində Abdullah Zubir, Yassin Benzia və Nəriman Axundzadə fərqləniblər.
Bu nəticədən sonra xallarını 76-ya çatdıran "köhlən atlar" birinci pillədə qərarlaşıb. Bakı klubu isə 35 xalla 6-cı yerdədir.
Görüşü FIFA referisi Elçin Məsiyev idarə edib.
Günün ilk matçında "Sabah" autsayder "Səbail"i 3:2 hesabı ilə üstələyib.