"Barselona"nın 4:3 hesablı qələbəsi…

19 Aprel 2025 20:21 (UTC+04:00)

İspaniya La Liqasının 32-ci turunda "Barselona"nın "Selta" ilə qarşılaşdığı oyun başa çatıb.

SİA-nın məlumatına görə, oyun Kataloniyadakı Olympic Lluís Companys stadionunda baş tutub. Qarşılaşmanın baş hakimi Mario Melero Lopez olub.

Qarşılaşma "Barselona"nın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

12-ci dəqiqədə "Barselona" hücumçu Ferran Torresin qolu sayəsində hesabda önə keçib. 15-ci dəqiqədə “Selta”nın hücumçusu Borxa İqlesias bərabərliyi bərpa edib.

Matçın 52-ci dəqiqəsində İqlesias ikinci qolu vurub.

62-ci dəqiqədə ispaniyalı forvard het-trik edərək qonaqların fərqini dubl edib.

64-cü dəqiqədə "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo hesabdakı hesabı azaldıb.

68-ci dəqiqədə "Blauqrana"nın cinah oyunçusu Rafinya kataloniyalıların görüşdə üçüncü qolunu vuraraq hesabı bərabərləşdirib.

90+8-ci dəqiqədə Rafinya penaltini dəqiq yerinə yetirərək dubl edib.

İspaniya çempionu yarışına 32 oyundan 73 xalla "Barselona" başçılıq edir. Hesabında bir oyun olan "Real Madrid" 7 xal geridədir.

“Selta” 43 xalla yeddinci yerdədir.

Nazlı Almuradova