Yağışın yaratmış olduğu fəsadlar aradan qaldırılır...

19 Aprel 2025 19:19 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.