Qazaxda 4 nəfər dəm qazından zəhərlənib

19 Aprel 2025 18:13 (UTC+04:00)

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun N.Nərimanov qəsəbəsində qeydə alınıb.Belə ki, 1959-cu il təvəllüdlü S.Abbasova,1988-ci il təvəllüdlü A.Abbasova,2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal zəhərlənən şəxslərə yardım edilib,onların vəziyyətlərinin kafi olduğu bildirilir.Məlumata görə zəhərlənən şəxslər bir ailənin üzvidir.Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.