Ən etibarlı 10 ucuz işlənmiş avtomobilin adı açıqlanıb…

20 Aprel 2025 00:56 (UTC+04:00)

...Bir çox sürücü üçün avtomobil seçərkən etibarlılıq vacib meyardır. Xoşbəxtlikdən, yalnız bahalı premium modellər deyil, həm də ucuz avtomobillər etibarlı ola bilər.

SİA-nın məlumatına görə, SlashGear ABŞ-da təkrar bazarda 8000 dollardan aşağı qiymətə alına bilən 10 ən etibarlı işlənmiş avtomobilin adını açıqlayıb.

Mütəxəssislərin fikrincə, bu modellər çox nadir hallarda uğursuz olur.

Siyahı J.D.Pouerin araşdırması əsasında tərtib edilib.

Nəşr təkrar bazarda avtomobillərin orta qiymətini onların etibarlılıq reytinqləri ilə müqayisə edib.

Beləliklə, 8000 dollardan aşağı olan 10 ən etibarlı işlənmiş avtomobil:

-Scion xD (2012)

-Chevrolet Malibu (2012)

-Chevrolet Volt (2011)

-Buick Lucerne (2011)

-Cadillac DTS (2011)

-Toyota Corolla (2012)

-Toyota Camry (2012)

-Toyota Prius (2011)

-Honda Fit/Jazz (2011)

-Honda CR-V (2011)

Honda CR-V bu siyahıda yeganə krossoverdir.

J.D.Power şirkətinin mütəxəssisləri 2011-ci il modelini etibarlılığa görə 100 baldan 90 balla qiymətləndiriblər. Siyahıda Chevrolet Volt elektrik avtomobili də yer alıb.

Bu, kifayət qədər ucuz bir modeldir, lakin bir çox bahalı rəqiblərindən daha etibarlı olduğunu sübut etdi. Tam elektrik modifikasiyası ilə yanaşı, bu avtomobilin hibrid versiyası da mövcuddur.

Nazlı Almuradova