...SİA-nın məlumatına görə, URA.RU xəbər verir ki, bir qrup rusiyalı turist BƏƏ-nin ən mühafizəkar əmirliyi olan Şarja çimərliyini açıq-saçıq çimərlik geyimlərinə görə tərk etmək məcburiyyətində qalıb.
Geyimə praktiki olaraq heç bir ciddi məhdudiyyətin olmadığı Dubaydan fərqli olaraq, Şarja ərəb cəmiyyətinin adət və ənənələrinə sadiq qalır.
Əmirliyin 2001-ci il Davranış Məcəlləsində müəyyən edilmiş geyim kodu var. Sənəd ictimai yerlərdə açıq-saçıq, çox dar və ya qısa geyimdə olmağı qadağan edir.
Yalnız otelin çimərlik zonasında çimərlik paltarı geyinməyə icazə verilir.
Turistlərin yerli çimərliklərdə üzməyi qeyri-mümkün edən neft sızması ilə bağlı fövqəladə vəziyyətlə əlaqədar olaraq qonşu əmirlikdən istirahətə gətirildiyi dəqiqləşdirilir. Görünür, turistlər Şarja qanunlarından xəbərsiz olublar və ya onları ciddi qəbul etməyiblər, açıq-saçıq çimərlik paltarında ictimai çimərliyə gediblər.
Amma üzməyə imkan tapmayıblar- polis əməkdaşları onlardan üzlərini örtmələrini xahiş ediblər.
İstirahət edənlər də cərimələniblər.
…Rusiyada üzgüçülük hovuzu açıq-saçıq çimərlik geyimlərini qadağan edib,..amma burkini geyinməyə icazə verib.
Əli Babayev