Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunlarının təqvimi müəyyənləşib

19 Aprel 2025 17:26 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunlarının təqvimi müəyyənləşib. SİA xəbər verir ki, ilk olaraq aprelin 20-də, Gəncə İdman Sarayında, "Gəncə" və "Şəki" kollektivləri üz-üzə gələcəklər.

Qarşılaşma saat 14:00-da başlayacaq.

Növbəti gün iki görüş keçiriləcək. Sərhədçi İdman Mərkəzində "Sərhədçi" "Sabah"la, "Ordu" isə "Neftçi" ilə qarşılaşacaq.

Aprelin 22-də "Abşeron" "Naxçıvan"la münasibətlərinə aydınlıq gətirəcək. Son iki matç Bakı İdman Sarayında gerçəkləşəcək.

Oyunların start fiti saat 19:00-da səslənəcək.