Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlara start verilib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Gəncə” “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib.
Bürünc medal uğrunda ilk görüşdə ikincilər 3:1 hesablı qələbəyə seviniblər.
Tərəflər arasında ikinci matç sabah keçiriləcək.
Qeyd edək ki, üçüncü yeri tutacaq komanda iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki görüşdən sonra tərəflər hərəyə bir qələbə qazanarsa, qızıl set oynanılacaq.